Albomu hit-paradlarda 1-ci olsa, adını dəyişəcək

Mədəniyyət

03.10.2024 10:00

2285

Britaniyalı musiqiçi Ceyms Blant debüt albomunun - "Back to Bedlam"ın yenidən işıq üzü görən versiyası Britaniya hit-paradlarında birinci yeri tutacağı təqdirdə adını dəyişəcəyinə söz verib. 

TodayPress xəbər verir ki, bu barədə müğənni "X" sosial şəbəkəsində məlumat yayıb.

"Back to Bedlam" 11 oktyabr 2004-cü ildə buraxılıb. Albom 2005-ci ildə 2,4 milyonluq tirajla Böyük Britaniyada ən çox satılan albom olub. Üstəlik, 2009-cu ilin sonuna qədər satılan disklərin sayı 3 milyon nüsxəni keçib. Nəticədə, Blantın debüt albomu 21-ci əsrdə Böyük Britaniyada ən çox satılan alboma çevrilib. 

Diskin buraxılışının 20-ci ildönümündə "Back to Bedlam"ın yeni versiyası satışa çıxarılacaq. Buraya musiqiçinin ən uğurlu bəstələrindən bəziləri daxil ediləcək. 

Günəş Mərd

tag: Albom,Back to Bedlam ,Böyük Britaniya ,Disk ,Ceyms Blant, todaypress.az,