Albert Kamünün saxta əlyazması 65 min avroya satıldı

Mədəniyyət

10.06.2024 09:00

Dünya şöhrətli  fransız yazıçısı Albert Kamünün “Yad” romanının saxta əlyazması hərraca çıxarılıb.

TodayPress xəbər verir ki, ötən həftə Parisdə hərrəca çıxarılan əsər 65 min avroya satılıb.

Qeyd edək ki, “Yad” romanı ilk nəşrindən iki il sonra 1944- cü ildə Kamyü tərəfindən əl yazısı ilə yenidən yazılmışdı.  1957- ci ildə Nobel mükafatı alan yazıçının nəşr olunmuş kitabını nəı üçün yenidən əl yazısı ilə nüsxəsini çıxartdığı məlum deyil. Akademiklərin irəli sürdüyü iddiaya görə, həmin illərdə Paris almanların işöalı altında idi və Kamü əsərin qaralamasını pul qazanmaq üçün varlı bir pərəstişkarına yazıb.

“Yad” romanının ilk nəşri 4400 ədəd olub. Qısa müddətdə ən çox satılan kitablar arasına daxil olan kitab dünyanın bir çox dillərinə tərcümə edilib. Roman bu gün Fransa ədəbiyyatının klassikləri siyahısına daxildir.

 GÜNEL

tag: Fransız yazıçı, Albert Kamü, Əlyazma, Paris, Nobel Mükafatı, todaypress.az,