Al Paçino karyerası ilə bağlı etiraflar etdi
Mədəniyyət
18.10.2024 18:50
Hollivudun məşhur aktyorlarından olan Al Paçino karyerası ilə bağlı diqqətçəkən etiraflar edib.
TodayPress “NTV”yə istinadən xəbər verir ki, 84 yaşlı aktyor illər əvvəl milyonlarla dollar itirdiyini və pulsuz qaldığını açıqlayıb.
"Bu sənayedə bir filmə görə 10 milyon dollar qazananda həmin məbləği almırsan. Çünki hüquqşünaslar, agentlər və hökumətin müdaxiləsindən sonra artıq əlinizdə 10 milyon dollar qalmır. Sənin cibində o puldan cəmi 4,5 milyon dolların qalır. Amma həmişə daha çox xərcləyirsən, buna görə də daim pul itirirsən” deyə sənətçi qeyd edib.
Aktyor etiraf edib ki, təxminən 10 il əvvəl pulu olmadığına görə, sadəcə pul qazanmaq üçün bəzi rolları qəbul etməli olub:
"Çox pul itirdikdən sonra məcbur olub çəkildiyim ilk film “Jack and Jill” oldu. Adam Sandler bu filmə görə mənə külli miqdarda pul ödədi”.
“The Godfather” (Xaç atası) filmindəki rolu ilə dünya şöhrəti qazanan ulduz artıq əvvəlki cavan oğlan olmadığı üçün bundan sonra filmlərdə oynamağın çətin olacağını bildirib.
Günəş Mərd
tag: Al Paçino, Adam Sandler,Jack and Jill, Film, todaypress.az,