Aktrisa dini ritualın qurbanı oldu
Mədəniyyət
06.12.2024 13:25
Meksikalı aktrisa qurbağa zəhəri qəbul etdikdən sonra dünyasını dəyişib.
TodayPress xəbəre verir ki, hadisə ölkənin Duranqo ştatında baş verib.
Marsela Alkazar Rodrigez dini ritualın bir hissəsi olaraq Amazon ağac qurbağası “Phyllomedusa bicolor” dərisindən əldə edilən mumlu bir maddə olan kambodan istifadə edib. Bundan sonra 33 yaşlı qadında qusma və şiddətli ishal başlayıb.
Marsela təcili olaraq müalicə olunmaq üçün tibb müəssisəsinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı Baş Prokurorluq araşdırmaya başlayıb. Polis ayinə rəhbərlik edən şamanı axtarır.
Qeyd edək ki, dini ritualın məqsədi mənəvi paklığa nail olmaqdır.
tag: Ritual, Qurbağa ,Hadisə, Meksika, todaypress.az,