Ağır xəstə olan Hollivud aktyorunun fotoları yayımlandı
Mədəniyyət
01.10.2024 15:30
Dünya şöhrətli Hollivud aktyoru Brüs Uillisin qızı Tallula uzun müddətdən sonra “Instagram”da atası ilə fotosunu paylaşıb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, kadrların birində aktyor və qızı mətbəxdə pozalar veriblər.
Fotolardan birində Hollivud aktyoru qızını başının arxasından öpüb. Digər fotoda isə onlar masa arxasFotoında əyləşiblər. Tallula fotonun altında atasına sevgisini etiraf edib.
Xatırladaq ki, 2023-cü ilin fevralında Brüs Uillisə frontotemporal demensiya diaqnozu qoyulub.
Bu, sənətçinin idrak qabiliyyətinin tədricən itirilməsinə gətirib çıxarır. Son məlumatlara görə, aktyor artıq hərəkət etməkdə çətinlik çəkir.
Günəş Mərd
tag: Brüs Uillis ,Hollivud , Aktyor,Foto, todaypress.az,