Ağır xəstə olan aktyor küçədə görüntüləndi - FOTO
Mədəniyyət
15.09.2024 14:53
Frontotemporal demensiya diaqnozu qoyulan Hollivud aktyoru Brüs Uillis Los-Ancelesdə küçədə görüntülənib.
TodayPress xəbər verir ki, aktyorun fotosu “Daily Mail” saytında dərc olunub.
Paparassilər Brüs Uillisin maşında əyləşdiyi zaman şəklini çəkib. Bu yaxınlarda sənətçinin xəstəliyinin irəlilədiyi bildirilmişdi.
Qeyd olunmuşdu ki, aktyor bəzi günlər ümumiyyətlə danışa bilmir. Ailəsi onu baxışlarından anlayır. Sənətçinin keçmiş həyat yoldaşı Demi Mur onu həftədə ən azı bir dəfə görür.
Xatırladaq ki, Demi Murun Brüs Uillisdən üç qızı var. Məşhurlar 1987-ci ildən 2000-ci ilə qədər təxminən 13 il evli olublar. Boşandıqdan sonra 2009-cu ildə sənətçi özündən 23 yaş kiçik olan model Emma Heminqlə ailə həyatı qurub.
Günəş Mərd
tag: Aktyor,Brüs Uillis,Demensiya,Demi Mur,Todaypress.az,