"Agent 007" nin ulduzu yeni layihə üçün imic dəyişdi
Mədəniyyət
11.06.2024 21:36
“Ceyms Bond” obrazı ilə yadda qalan britaniyalı aktyor Deniel Kreyq yenidən detektiv rolunda tamaşaçıların qarşısına çıxacaq.
TodayPress xəbər verir ki, Rian Consonun "Knives Out" serialının davamı üçün kamera qarşısına keçən aktyor imicində dəyişiklik edib.
Məşhur aktyor Daniel Kreyqin beşinci və sonuncu dəfə “Agent 007” filmində canlandırdığı 25-ci Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur"dan sonra yeni Bondun kim olacağı maraq mövzusu olaraq davam edir.
Kreyq indi yeni layihələri ilə gündəmdədir. Aktyorun məşhur ssenarist Rian Consonun "Knives Out" serialının davam filmində çəkiləcəyi açıqlanıb.
Serialın ilk iki filmində detektiv Benua Blan obrazını canlandıran aktyorun sevilən obrazı yenidən canlandıracağı məlum olub.
GÜNEL
tag: Film, Rian Conson, Daniel Kreyq, Aktyor, todaypress.az,