Afaq Məsuda Prezidentin fərdi təqaüdü veriləcək

Mədəniyyət

16.01.2025 13:33

Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Afaq Məsuda Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

tag: Afaq Məsud ,Prezident ,Fərdi ,Təqaüd, todaypress.az,