Adrien Brody "Qızıl Qlobus"u qazandı
Mədəniyyət
06.01.2025 10:49
Amerikalı aktyor Adrien Brody "The Brutalist" (2024) filmində macar memar Laszlo Tot roluna görə "Dramda Ən Yaxşı Aktyor" nominasiyasında "Qızıl Qlobus" mükafatını qazanıb.
TodayPress xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.
Bu kateqoriyada qalib olmaq üçün həmçinin Ceyms Mangoldun “Bob Dilan: Tam Naməlum” (2024) filmində musiqiçi Bob Dilanı canlandıran Timote Şalamet, “Queer” (2024) filmindəki rolu ilə Daniel Kreyq və digərlərinin namizədliyi irəli sürülüb.
Hollivudda akkreditə olunmuş Xarici Jurnalistlər Assosiasiyası tərəfindən hər il verilən "Qızıl Qlobus" mükafatı ABŞ-də nüfuzuna görə "Oskar"dan sonra ikinci yerdədir. Mükafatlar kino və televiziyanı əhatə edən 20-dən çox kateqoriya üzrə ötən ilin nəticələrinə əsasən təqdim olunur. 82-ci mükafatlandırma mərasimi yanvarın 5-də Los-Ancelesdə keçirilib.
Töhfə Səməd
tag: Oskar, ABŞ, Nüfuz ,Mükafat ,todaypress.az,