Adel musiqi kariyerasına ara verəcək

Mədəniyyət

18.07.2024 02:00

Britaniyalı müğənni Adel indiki konsertlərindən sonra musiqiyə uzun müddət ara verməyi planlaşdırdığını açıqlayıb.

TodayPress xəbər verir ki, “ZDF” telekanalina danışan ulduz bildirib ki, yeni musiqi ərsəyə gətirməklə bağlı heç bir planı yoxdur.

“Böyük bir fasilə istəyirəm və düşünürəm ki, bir müddət başqa yaradıcılıqla məşğul olmaq istəyirəm. Mən ümumiyyətlə evdə mahnı oxumuram. Bu çox qəribədir.”

Musiqiçinin son albomu 2021-ci ildə çıxıb.

Adel, musiqiyə ara vermək istəməsinin səbəblərindən birinin diqqət mərkəzində olmaqla apardığı mübarizə olduğunu açıqlayıb.

"Məşhur olmazdan əvvəlki həyatım üçün darıxıram, ən çox da, anonim olmaq üçün” deyə o bildirib.

"Mən hər zaman, nə vaxt istəsəm, musiqi hazırlamağı xoşlayıram və insanlar bunu qəbul edir, bəyənirlər. Bu, olduqca ağlasığmazdır. Ancaq bütün bunların “şöhrət” tərəfindən nifrət edirəm.”

Nəzrin Cavadzadə

tag: Adel, Musiqi, Kariyera,Fasilə, todaypress.az,