"Aclıq oyunları" silsiləsindən dördüncü kitabı gəlir - Film də çəkiləcək
“Aclıq oyunları” silsiləsinin yazarı Suzanne Kollinz yeni kitabı olan “Biçin zamanı gün doğuşu” adlı yeni kitabınnı elanını verdi.
TodayPress xəbər verir ki, amerikalı yazıçı silsilənin beşinci kitabının 2025- ci ilin mart ayında oxuculara təqdim edəcəyini açıqlayıb. Yeni kitabda “Aclıq oyunları: Quşların və ilanların Nəğməsi” adlı dördüncü kitabda baş verən hadisələrin 40 il sonrasından bəhs olunacaq.
Gələn il nəşr olunması planlaşdırılan kitabın eyni zamanda ekranlaşdırılması da gözlənilir. Filmin isə 2026- cı ilin noyabrında nümayiş olunacağı planlaşdırılır.
Xatırladaq ki, yazıçı üçüncü kitabı nəşr etdirərkən “Aclıq oyunları” silsiləsinin davam etməyəcəyini bildirmişdi.
GÜNEL
tag: "Aclıq oyunları", Suzanne Kollinz, Yazıçı, Film, todaypress.az,