ABŞ ordusu Tom Kruzu mükafatlandırıldı

Mədəniyyət

18.12.2024 17:15

Məşhur Hollivud aktyoru Tom Kruz ABŞ Hərbi Dəniz Qüvvələrindən fəxri mükafat alıb.  

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Məlumata görə, aktyor filmlərdə hərbi xidməti təbliğ etdiyinə görə mükafatlandırılıb və Hərbi Dəniz Qüvvələrinin ən yüksək mükafatına layiq görülüb.  

Qeyd olunub ki, Tomun “Top Gun: Maverick” filmindəki rolu sayəsində Amerika cəmiyyətinin gözündə hərbi xidmətin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb.

Hərbçilərin fikrincə, 2022-ci ildə ekranlara çıxan filmin davamı yaşlı nəsildə nostalji, gənclərdə isə Hərbi Dəniz Qüvvələrinə yeni maraq dalğası oyadıb.  

Günəş Mərd

tag: ABŞ ,Tom Kruz, Təbliğ, Hərbi ,todaypress.az,