A-Hub Akselerasiya Proqramının qalibləri Şuşada mükafatlandırıldı
Mədəniyyət
03.06.2024 23:30
Şuşada A-Hub Akselerasiya Proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
TodayPress xəbər verir ki, tədbir ICESCO, Azərbaycan Mədəniyyət Nazirliyi və New Space Innovation şirkəti tərəfindən təşkil olunub.
İyunun 2-də Bakı Kristal Zalında keçirilən dünya finalında 11 ölkədən (Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudan) 30-dan çox innovativ komanda iştirak edib.
Bu innovatorlar öz ideyalarını nümayiş etdirib və 30 min dollar mükafat fondu uğrunda yarışıblar.
Yarışın nəticəsinə
əsasən, "Snack Pack" (Azərbaycan) komandası I, "ReSkill"
(Tacikistan) komandası II, "Biopols" (Türkiyə) komandası III,
"Caredify" (Tunis) komandası IV yerə layiq görülüb.
Qeyd edək ki,
"A-Hub Akselerator"u, ICESCO və "New Space Open
Innovation"un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət
Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Bu akselerator proqramı
yaradıcı və texnoloji startapları dəstəkləyərək onların ideyalarını
reallaşdırmaq üçün lazım olan resurs və mentorluğu təmin edir. 2021-ci ildə
pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha
da genişlənməkdədir (apa).
tag: A-Hub Akselerasiya Proqramı,İCESCO,Azərbaycan Mədəniyyət Nazirliyi,Tacikistan,todaypress.az,