“A-Hub Akselerasiya Proqramı”nın iştirakçıları Şuşada ekskursiyada oldu
Mədəniyyət
05.06.2024 00:24
“A-Hub Akselerasiya Proqramı”nın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar.
Mədəniyyət Nazirliyindən TodayPress-ə verilən məlumata görə, “A-Hub Akselerasiya Proqramı”nın iştirakçıları üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı qonaqlar şəhərdə otuz ilə yaxın davam etmiş işğal dövrünün dağıdıcı nəticələrini öz gözləri ilə görüb, Şuşanın tarixi abidələri, şəhərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat alıblar.
Qonaqlar Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün güllələnmiş heykəllərini ziyarət edib, Şuşa qalası (Qala divarları) önündə xatirə şəkilləri çəkdiriblər.
Günel
tag: “A-Hub Akselerasiya Proqramı”,Şuşa,Xurşudbanu Natəvan,Üzeyir Hacıbəyli,todaypress.az,