700 illik qədim piramida uçdu
Mədəniyyət
17.08.2024 18:40
Meksikada Miçoakan ştatının qədim İxuatsio şəhərində yerləşən 15 metrlik daş piramida qismən dağılıb.
TodayPress xəbər verir ki, bu barədə Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) rəsmi saytında məlumat verilib.
Hadisə ölkədə yağan güclü yağışlardan sonra baş verib.
Ekspertlər bildirib ki, zədələnmiş piramidadan başqa, İxuatsioda ən azı daha altı bina yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, 700 ildən çox yaşı olan bu piramida indiyədək Purpeça İmperiyasının ən yaxşı qorunan abidələrindən biri olub.
Günəş Mərd
tag: Piramida, Purpeça,Miçoakan , Meksika, İxuatsio , todaypress.az,