70-ci illərin paltosu yenidən dəbdə
Mədəniyyət
04.02.2025 12:44
1970-ci illərdə üst geyimlərin məşhur növü olan “Penny Lane” paltosu yenidən dəbdədir.
TodayPress xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Söhbət əfqan paltosu adlanan qoyun dərisindən xəz naxışlı paltardan gedir.
Paltar aktrisa Keyt Hudsonun canlandırdığı və 2000-ci ildə çəkilmiş məşhur “Almost Famous” filmindəki baş qəhrəman Penny Lanenin şərəfəinə bu cür adlandırılıb.
Son zamanlar bir çox məşhurlar bu paltodan istifadə ediblər. Onların arasında model Bella Hadid, aktrisa Sidney Svini və müğənnilər Teylor Svift, Keti Perri və Çarli XCX var.
Nicat Osman
tag: Palto,Dəb,Xəz,Dəri,Todaypress.az,