6 məşhur yazıçı haqqında qeyri-adi məlumatlar

Mədəniyyət

30.06.2024 11:00

Etiraf edək ki, oxuduğumuz kitablar və onların müəllifləri haqqında pərdəarxası məlumatları eşitmək həmişə maraqlı olub.

TodayPress ədəbiyyat sevərlər üçün bütün dövrlərin ən sevilən və aktual 6 yazıçısı haqqında ən maraqlı faktları təqdim edir:

Aleksandr Sergey Puşkin

Rus xalq şairi və böyük yazıçısı Puşkinin xaricə səyahət etdiyi yeganə yer Türkiyənin Ərzurum şəhəri olub. Rus ordusuna qatılaraq Osmanlı torpaqlarına girən müəllifin öz ölkəsi xaricində gördüyü yeganə yad yer Ərzurum olub və oradakı müşahidələri əsasında“Ərzurum Səyahəti” adı ilə bir kitab yazıb.

Viktor Hüqo

Ədəbiyyat aləmini maraqlandıran məsələlərdən biri də romanların yazılma vaxtıdır. Ən möhtəşəm nümunə Viktor Hüqonun yazdığı məşhur “Səfillər” romanıdır. Hüqo romanı həftədə iki səhifə yazaraq 1815-ci ildə başlamış və 1832-ci ildə bitirmişdir. Yazılması 17 il çəkən roman ilk dəfə 1862-ci ildə nəşr olunub.

Antoni Burgessi

İngilis yazıçısı Anthony Burgessi 12 ayda 5  roman yazıb. Yazıçını sürətli roman yazmağa vadar edən hadisə isə ona xərçəng diaqnozunun qoyulması olub. Bir il ömrü qaldığı deyilən yazıçı həyat yoldaşının heç kimdən asılı olmaması üçün yazılarını sürətləndirib. Ancaq bir il sonra diaqnozun səhv olduğu və Burgessin daha 33 il yaşadığı məlum olub.

Honere de Balzak

Kifayət qədər qəribə mövzulardan biri də “Vadi zanbağı” romanının fransız yazıçısı Balzakla bağlıdır. Müəllifin qəhvə asılılığı danılmaz faktdır və hətta ölüm səbəblərindən biri kimi göstərilir. Sübut edilməmiş bir iddia olsa da, Balzakın gündə 50 fincan qəhvə içdiyi deyilir.

Hüseyn Rəhmi Gülpınar

Məşhur türk yazıçısı “Gülyabani” romanının müəllifi Hüseyn Rəhmi Gürpınar heç vaxt ailə həyatı qurmayıb. Tək yaşadığı üçün ev işlərində həddindən artıq vasvasılıq edib. Toxuculuq və krujeva hörmək yazıçının ən böyük hobbisi olub. Təmizliyə həddindən artıq həss olub. Hətta heç kimlə əl sıxışmaz, çox vaxt isə əlcək taxarmış.

Fridrix Şiller

Ən məşhur alman şair və dramaturqlarından biri olan Fridrix Şillerin yazı ritualı kifayət qədər maraqlıdır, Şiller çürük alma qoxusunu hiss etmədən fikrini cəmləyib yaza bilmirdi. Buna görə də həmişə iş masasının siyirməsində çürük alma saxlayırdı.

 GÜNEL

 

tag: Aleksandr Segey Puşkin, Honere deBalzak, Viktor Hüqo, Ədəbiyyat dünyası, todaypress.az,