44 günlük müharibə haqqında ilk roman çap olundu
Mədəniyyət
18.06.2024 19:53
Rusiyada yaşayan azərbaycanlı yazıçının 44 günlük müharibədən bəhs edən ilk romanı çap olunub.
TodayPress xəbər verir ki, “Qanun” Nəşrlər Evində işıq üzü görən roman ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalından tutmuş 2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatına qədər gərgin hadisələrlə dolu geniş tarixi dövrü əks etdirir.
Hadisələr yaşlı babasından başqa bütün yaxınlarını Xocalıda itirən Aslanın həyatı fonunda əks olunur.
Aslanın uşaqlığı, təhsili, xüsusi təyinatlı zabit kimi 44 günlük zəfər müharibəsində iştirakı, eyni zamanda onun sevgi həyatı əsərin əsas mövzusunu təşkil edir.
Roman qələbə ilə nəticələnən Vətən müharibəsi haqqında yazılmış ilk irihəcmli əsərdir.
Kitab ilk dəfə rus dilində Rusiyanın Sankt-Perterburq şəhərində «Карабах: долгожданное возвращение» adı ilə çap olunub.
Romanın Azərbaycan dilinə tərcüməçisi Dürdanə İbrahimova-Hüseynbəyli, redaktoru Şərif Ağayardır.
Xatırladaq ki, müəllifi Adil Quliyev Sankt-Peterburqda yaşayır.
“Xüsusi təyinatlı” onun Bakıda çap olunan sayca üçüncü kitabıdır.
Bundan əvvəl “Neft, bulaq və keçə çəkmələr” və “Qırmızı ayaqqabılar” adlı hekayələr kitabı işıq üzü görüb.
Kitabın təqdimatı iyunun 20-si saat 18:00-da Baku Book
Center-də keçiriləcək.
GÜNEL
tag: 44 günlük müharibə, Roman, Xüsusi təyinatlı zabit, Zəfər müharibəsi, todaypress.az,