400 ildir gizli qalan rəsm musiqi albomun üz qabığı kimi istifadə edildi
Mədəniyyət
17.07.2024 06:00
400 il gizli qaldıqdan sonra
2019-cu ildə kəşf edilən rəsm əsəri yeni musiqi albomun üz qabığı kimi istifadə
olunub.
TodayPress xəbər
verir ki, incəsənət konservatorları “Bous” Muzeyinə məxsus bir tablonun taxta çərçivəsində
hər hansı zədə olub-olmadığını müəyyən etmək üçün rentgen apararkən gizli sənət
əsərini aşkar ediblər.
Qrup Vəftizçi İohannın başının
kəsilməsini əks etdirən əsərin altından doğum səhnəsini təfərrüatlandıran bir rəsmlə
qarşılaşıblar.
Amerika rok qrupu “MGMT”nin
keçmiş qastrol gitaraçısı indi bu gizli rəsmdən son albomunun üz qabığı kimi
istifadə edir.
Doğum səhnəsi Hank Sullivantın
son albomu “The Color of Heaven”in (Cənnətin rəngi) üz qabığında əks olunub.
Nəzrin Cavadzadə
tag: todaypress.az, Musiqi, MGMT, Bous, Muzey,