2025-ci ilin “Oskar”ları üçün ən yaxşı film proqnozları
Mədəniyyət
15.07.2024 17:26
97-ci Akademiya Mükafatları 2 mart 2025-ci ildə keçiriləcək. Oskar mükafatına hansı filmlərin namizəd olacağı ilə bağlı artıq söhbətlər başlayıb. Siyahıda türkiyəli aktyor Haluk Bilginer və dünya şöhrətli aktrisa Ancelina Colinin baş rollarda oynadığı “Mariya” filmi də var.
TodayPress xəbər verir ki, “Variety” jurnalına görə, 2025-ci il Oskarında “Ən yaxşı film” nominasiyasında namizəd ola biləcək filmlər bunlardır:
1. Baş rollarda Timoti Şalame və Zendayanın oynadığı - "Dune: Desert Planet Part”
2. Rejissoru Steve McQueen olan və 9 yaşlı Corcun epik səyahətindən bəhs edən - “Blitz”
3. Oskarda beş mükafat qazanan 2000-ci ildə çəkilmiş, Ridli Skotun rəhbərliyi ilə yenidən böyük ekranlara qayıdan - “Gladiator 2”
4. Floridada məktəbdə çətin imtahanlardan keçən iki gəncin möhkəm dostluq hekayəsindən bəhs edir - “Nickel Boys”
5. Baş rolda aktyor Ralf Faynsin oynadığı - “Conclave”
6. Pedro Almodovarın ssenari müəllifi və rejissoru olan - “The Room Next Door”
7. Ssenari və rejissorluğunu Şon Beykerin etdiyi, 77-ci Kann Film Festivalının nüfuzlu “Qızıl Palma” mükafatını qazanan - “Anora ”
8. Çarlz ailəsinin həyatından bəhs edən - “The Piano Lesson”
9. Rejissoru Jak Audiard olan - “Emilia Perez”
10. 1970-ci illərdə Parisdə Mariya Kallasın həyatından və yaşadığı dərin tənhalıqdan bəhs edən, ssenarisini Stiven Naytın yazdığı - “Maria”.
Günəş Mərd
tag: Oskar, Filmlər, Paris, Akademiya Mükafatları, Ancelina Coli, Rejissor, todaypress.az,