10 il komada qalan məşhur aparıcı öldü

Mədəniyyət

29.07.2024 12:23

Türkiyəli aktyor və aparıcı Kenan İşık vəfat edib.

TodayPress xəbər veri ki, 10 ildir komada olan aktyor 76 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Kənan "Kim milyoner olmaq ister" yarışmasının aparıcısı olub. 

O, "Tatlı hayat", "Dadı", "Yeşil işık", "Emret komutanım" kimi filmlərdə oynayıb. 

Xatırladaq ki, Kənan İşık getdiyi idman klubunda saunadan çıxarkən sürüşərək başını yerə vurub. Dərhal xəstəxanaya çatdırılan sənətçi 3,5 saatlıq əməliyyatdan sonra komaya düşüb. O, beyninə qan sızması səbəbindən 10 il idi komada qalıb.

tag: Kenan İşık, Aktyor, Aparıcı,Dadı, Yeşil İşık, Filmlər, todaypress.az,