Zəngli saatdan istifadə ömrü qısaldır
Maraqlı
07.08.2024 10:43
Zəngli saatı söndürüb yenidən yatmaq ömrünüzü qısalda bilər.
TodayPress xəbər verir ki, təkrar-təkrar söndürmək əvəzinə, ilk siqnaldan sonra ayağa qalxmaq və ardınca günəş işığı qəbul etmək lazımdır. Bu axşam daha tez və rahat yuxuya getməyə kömək edən amillərdəndir.
Ömrün qısalmasının başqa bir səbəbi isə tələsik və yolda yemək yeməkdir. Təlaş içində insanlar aclıqlarını yatırmaq üçün çox vaxt şəkər və karbohidratlı qidalar qəbul edirlər. Bu cür qidalar qanda insulin səviyyəsində sıçrayışlara, sonra isə qocalmanı sürətləndirən sistemik iltihaba səbəb olur.
Sağlamlıq problemlərinə oturaq həyat tərzi də səbəb ola bilər ki, bu da vaxtından əvvəl ölüm riskini artırır. Xüsusilə, səkkiz saatlıq iş rejimində demək olar ki, heç ayağa qalxa bilməyən ofis işçilərinin vaxtından əvvəl ölm riski digərlərinə nisbətən 60 faiz daha çoxdur.
Niderland alimləri müəyyən ediblər ki, gündə 150 millilitrdən az alkoqol qəbul edən insanların 90 yaşa qədər yaşama ehtimalı daha yüksəkdir. Çünki spirt qaraciyərin digər toksinləri parçalamasına mane olur.
Yekun olaraq, mütəxəssislər yuxu üçün ideal vaxtı da açıqlayıblar. Melatonin istehsalının pik həddi saat ikidə baş verdiyindən və bu hormon toxuma, orqan və əzələ sağlamlığının qorunması üçün lazım olduğundan, onlar axşam saat 22:00-dan gec olmayaraq yatmağı məsləhət görürlər.
Töhfə Səməd
tag: Sağlamlıq, Zəngli saat, Yatmaq, Ömür, Niderland Alimləri, todaypress.az,