Zarafatların elm üçün gözlənilməz faydaları

Maraqlı

10.03.2025 17:33

2304

Corciya Universitetinin alimlər qrupu yumorun elmi ünsiyyətdə güclü bir vasitə ola biləcəyini müəyyən edib.   

TodayPress xəbər verir ki, bu barədə "Journal of Science Communication" jurnalı məqalə dərc edib. 

Yumorun elm adamlarının etimadını sarsıtdığına dair yayılmış inancın əksinə olaraq, araşdırmalar göstərir ki, zarafat həm ünsiyyətçinin xoşuna gəlməyi, həm də elmi məzmunun etibarlı və müvafiq olaraq qavranılmasını gücləndirə bilər. 

Tədqiqatçılar əsas diqqəti doktor Ceymi Devon adlı uydurma alim tərəfindən yerləşdirilən sosial media məzmununa yönəldiblər. Tədqiqatçılar müxtəlif yumor növlərinin süni intellektlə bağlı nəşrlərin qavranılmasına necə təsir etdiyini araşdırıblar.

2212 iştirakçı arasında aparılan sorğu nəticəsində məlum olub ki, yumor məzmundan həzz almağı və elmi məlumatlara inamı artırıb. 

“Siyasətçilər və reklamçılar yumordan istifadə edirlər, çünki insanlar onları güldürə bilənlərlə ünsiyyətə daha çox üstünlük verirlər. Tədqiqatımız təsdiqləyir ki, elm adamları da yumordan faydalana bilər, ancaq o, həqiqətən gülüş doğursa” deyə izah edilib. 

Yumor mürəkkəb mövzuları daha əlçatan etməyə kömək etməklə yanaşı, həddindən artıq aqressiya və ya sərt satira mənbənin etibarlılığını sarsıda bilər. 

Töhfə Səməd

tag: Zarafat,Fayda,Alimlər,Tədqiqat,Todaypress.az,