Z nəsli yoxsa alfalar? Araşdırma

Maraqlı

31.03.2025 18:08

1423

“VKontakte” şirkəti "Zoomer" (Z-lər 1997-2010-cu illər arasında doğulmuşlar) və "Alpha"  (Alfalar 2011-ci ildən sonra doğulmuşlar) nəsilləri arasındakı fərqləri aşkar edən yeni genişmiqyaslı araşdırma aparıb.   

TodayPress xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.   

Araşdırmada ilk növbədə gənclərin milli mədəni dəyərləri necə dəyişdirdiyi və media istehlakında tendensiyaları müəyyən etdiyi nəzərdən keçirilib.

Sorğuda Rusiyanın müxtəlif şəhərlərindən minə yaxın insan iştirak edib. 

Məlum olub ki, Z nəslindən olan insanların 78 faizi heç yaşamadıqları vaxtlar üçün nostalji hisslər keçirir.

Bütün bunlar, sovet estetikasına, köhnə film effekti və film qəhrəmanlarına heyranlıqda özünü göstərir.   

Alfa nəslinin 47 faizi isə yeni məzmun yaratmağa üstünlük verir. Bu göstərici Z nəslindən iki dəfə çoxdur (22 faiz).   

Nəticə etibarilə alfalar yaradıcı, Z-lər isə həm köhnə, həm də yeni nəslin qarışığı kimi qəbul edilib.   

Töhfə Səməd

tag: Zoomer,Alfa,Nəsil,Sorğu,Todaypress.az,