Yuxusuzluqdan necə xilas olaq?

Maraqlı

10.06.2024 19:00

Yayda yuxu ilə bağlı problemlər otaqdakı temperaturdan qaynaqlana bilər.

TodayPress xəbər verir ki, bunu rusiyalı somnoloq-nevroloq Yelena Tsareva yayda düzgün yuxu rejimi haqqında danışarkən deyib. 

Mütəxəssisin sözlərinə görə, isti mövsümdə, havasızlıq səbəbindən, həmçinin istilik mübadiləsi otaqdakı temperatura uyğun gəlmirsə, yuxuya getmək daha da çətinləşir: 

"Bu halda havanı ən azı +21°C-yə qədər soyutmaq üçün bir yol tapmaq lazımdır. Yuxuya getmək üçün tövsiyə olunan temperatur diapazonu +18-21°C-dir. Buna görə də, kondisionerdən istifadə edilərsə, onu gecə +21°C-yə qoymaq olar". 

O əlavə edib ki, iş günündən sonra istirahət rejiminə keçmək, həmçinin fiziki fəaliyyətdən, yeməkdən və spirtdən imtina etmək məsləhətdir.(oxu.az)

tag: Yuxusuzluq, Problem, Xilas olmaq, todaypress.az,