Yuxu apnesinin qarşısını alan cihaz hazırlandı

Maraqlı

06.08.2024 10:38

2188

Süni intellektlə yuxu apnesinin qarşısını alan yeni cihaz hazırlanıb.  

TodayPress xarici mediaya istinadən xəbər verir ki, öyrənmə üsulu ilə xəstəni tanıyan və fərdi terapiya tətbiq edən cihaz, apneanı meydana gəlməzdən 30 saniyə əvvəl aşkar edib qarşısını alır.

Apne yuxu zamanı ən az 10 saniyə davam edən tənəffüs fasilələri nəticəsində yaranır. Yuxu rejimini pozur və müalicə edilmədikdə infarkt və insult riskini artırır.

Cihaz davamlı və real vaxt rejimində öyrənmə metodu ilə yuxu rahatlığını pozmadan apnenin qarşısını alır. Süni intellektə malik cihaz tənəffüs dəstəyi alan xəstələr üçün də istifadə oluna bilər.

Patent prosesi davam edən cihazın yuxu prosesində problemi olan şəxslər üçün faydalı olacağı gözlənilir. 

Günəş Mərd

tag: Yuxu, Süni İntellekt, Tənəffüs, Yuxu Rejimi, Cihaz, todaypress.az,