Yüksək IQ-nün əlamətləri açıqlandı

Maraqlı

19.08.2024 19:30

Mütaliə etmək, öz-özünə danışmaq, gecə həyat tərzi və bir sıra digər vərdişlər insanın yüksək intellekt əmsalının (IQ) göstəricisi ola bilər.  

TodayPress “Daily Mail”yə istinadən xəbər verir ki, psixoloqlar araşdırmalar zamanı bu qənaətə gəlinib. 

“Özünlə danışırsansa, sən dəli deyilsən. Əslində, bu, adi insandan daha ağıllı olduğunuzun əlaməti ola bilər” deyə psixoloqlar qeyd edib.

Bildirilir ki, bu vərdiş yaddaşı yaxşılaşdıra, özünə inamlı və diqqətli olmağa müsbət təsir göstərə bilər. 

Alimlər, həmçinin xəyalpərəstlərin və gec yatmağı sevənlərin daha yüksək IQ səviyyəsinə sahib olduqlarını qeyd ediblər. 

Yüksək IQ-nün başqa bir göstəricisi isə nizamsız yaşamaqdır. 

Günəş Mərd

tag: Yüksək IQ, Alimlər, Gec Yatmaq, İnsanlar, todaypress.az,