Yerin orbitində dağıntılar təhlükə yaradır
Maraqlı
28.12.2024 09:58
Arizona Universitetinin professoru Vişnu Reddi "CNN"ə müsahibəsində Yerin orbitində kosmik dağıntıların təhlükəsi barədə danışıb.
TodayPress xəbər verir ki, alimin sözlərinə görə, ən böyük təhlükəni Yerdən 35 km məsafədə yerləşən kosmik tullantılar yaradır, çünki telekommunikasiya peykləri bu orbitdə fırlanır.
"Son dörd il ərzində kosmosa göndərdiyimiz obyektlərin sayı eksponent olaraq artıb. Həmişə qorxduğumuz vəziyyət yaxınlaşır” deyə Reddi diqqətə çatdırıb.
Eyni zamanda, alimlərin heç biri Kessler sindromundan necə qaçınacağını dəqiq deyə bilmir. Bu hipotetik proses peyklər üçün Yerə yaxın kosmosun tam yararsızlığına səbəb ola bilər. Kessler sindromu baş verdikdə, orbitdəki iki obyektin toqquşması digər obyektlərə dəyən çoxlu fraqmentlər əmələ gətirəcək.
Günəş Mərd
tag: Yer ,Orbit ,Dağıntı ,Peyk ,todaypress.az,