Yerin asteroidlə toqquşmasının nəticələri açıqlandı

Maraqlı

06.02.2025 16:45

2823

Cənubi Koreya alimləri Yerlə orta ölçülü asteroidin (diametri təxminən 500 metr) toqquşmasının nəticələrini qiymətləndirmək üçün simulyasiya aparıb. 

TodayPress xəbər verir ki, bu barədə “Science Advances” (SciAdv) elmi jurnalı məlumat yayıb.

Qeyd edilib ki, bu toqquşma atmosferin yuxarı qatına yüz milyonlarla ton toz buraxacaq.

Bununla da, Yer səthinin temperaturu potensial olaraq 4 dərəcə aşağı düşməklə qlobal soyuqluğa səbəb olacaq.   

Eyni zamanda, orta yağıntının miqdarı 15% azalacaq. Ozon təbəqəsi isə 32% azala bilər ki, bu da ultrabənövşəyi şüalanmanın səviyyəsini artıracaq.

Quru hövzəsindən fərqli olaraq, dəniz sahələri altı ay ərzində bərpa olunacaq.  

Hətta suya qarışacaq tozun tərkibində olan dəmir və digər faydalı materiallar suda yaşayan balıq və bitkilərin məhsuldarlığını artıracaq.

Asteroidin düşməsi  gözlənilməz nəticələrə səbəb ola bilər.

Alimlər qeyd ediblər ki, orta ölçülü asteroidlər təxminən hər 100-200 min ildə bir dəfə Yerlə toqquşub.

Vurğulanıb ki, asteroidlərin təsirini başa düşmək potensial təhlükələrə hazırlaşmaq və biosfer və bəşəriyyət üçün riskləri qiymətləndirməyə kömək edir.

Nicat Osman

tag: Asteroid,Simulyasiya,Yer,Planet,Todaypress.az,