Yerə doğru 2 asteroid yaxınlaşır
Maraqlı
03.12.2024 16:52
Dekabrın 3 və 4-də iki potensial təhlükəli asteroid “2007 JX2” və “2020 XR” Yerin yaxınlığında uçacaq.
TodayPress xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
İlkin məlumatlara görə, “2007 JX2” asteroidinin ölçüsü 402,3 metr, “2020 XR” isə 387,7 metrdir. Birincisi Yerdən 5,5 milyon kilometr, ikincisi isə 2,2 milyon kilometr məsafədən keçəcək.
“Nature Physics” jurnalının noyabr sayında Sandia Milli Laboratoriyasının tədqiqatçılar komandasının Yer kürəsini potensial təhlükəli asteroidlərdən qorumaq üçün yeni strategiya təklif etdiyi qeyd olunub. Alimlər sübut ediblər ki, laboratoriyada yaradılan rentgen impulsları asteroidin səthini qızdıra və materialın buxarlanmasına səbəb ola bilər ki, bu da onun trayektoriyasını dəyişəcək.
Təcrübə sübut edib ki, bu üsulla diametri dörd kilometrə qədər olan asteroidi yönləndirmək mümkündür. Tədqiqatçıların fikrincə, bu, planeti asteroid təhlükələrindən qorumaq üçün yeni texnologiyaların inkişafında mühüm addım ola bilər.
Töhfə Səməd
tag: Yer, Astroid, Təcrübə, Tədqiqatçılar, todaypress.az,