Yerdən kənar sivilizasiyaların sayını öyrənmək mümkün olacaq

Maraqlı

26.12.2024 09:58

Müasir elmin imkanları yaxın onilliklərdə yerdənkənar sivilizasiyaların mümkün sayını təxmin etməyə imkan verəcək. 

TodayPress "RİA"ya istinadən xəbər verir ki,  bu barədə tanınmış astronom Adam Frank bildirib. 

“Bu heyrətamiz bir şeydir. Həqiqətən də yerdənkənar sivilizasiyaların sayı haqqında bütün suallara cavab vermək imkanımız var.  Növbəti 10, 20, 30 ildən sonra buna cavab verməyə uyğun məlumatlarımız olacaq”  o, deyib.

Alimin fikrincə, astronomlar onun göstərdiyi dövrdə yerdən kənar həyat tapmaya bilər, lakin Yerə bənzər planetlərin tədqiqi kainatda həyatın yayılmasının miqyasını tədricən qiymətləndirəcək.

Qeyd edək ki, pentaqonun 2024-cü il üçün Bütün Domen Anomaliyalarının Həlli Ofisinin (AARO) məxfiliyi ləğv edilmiş hesabatında bildirilib ki, agentlik 118 anomal fenomeni öyrəndikdən sonra yerdən kənar fəaliyyət, canlı varlıq və ya texnologiyanın izlərini tapa bilməyib. Əlavə olaraq aparılan 174 işin təhlili ilə bağlı istintaq isə hələ də rəsmən bağlanmayıb. Eyni zamanda, onların yerdən kənar həyatın mövcudluğuna işarə etmədiyi iddia edilir. 

Günəş Mərd

tag: Yer ,Sivilizasiya, Astronom, Anomaliya, todaypress.az,