Yerdə maqnit qasırğası gözlənilir
Maraqlı
24.12.2024 17:55
Dekabrın 25-də Günəşdə baş verəcək partlayışla əlaqədar Yer kürəsində maqnit qasırğası gözlənilir.
TodayPress xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.
Qeyd olunub ki, Günəşin nisbətən aşağı aktivliyi dövrü başa çatır.
Dekabrın 23-də Günəşdə orta dərəcəli məşəl qeydə alınıb, lakin intensivliyinə görə o, maksimum X sinifinin sərhədinə çox yaxınlaşıb.
Dekabrın 25-i günortadan sonra Günəşdən tac kütləsinin atılmasının Yerə çatacağı proqnozlaşdırılır. Bu, zəif və ya orta səviyyəli G1-G2 sinifli maqnit qasırğasına səbəb olacaq.
Uzunmüddətli maqnit qasırğasının ilkin müddəti 8-10 saat qiymətləndirilir.
Mütəxəssislər vurğulayırlar ki, bu zaman daha yüksək enliklərdə qütb parıltısını görmək mümkün olacaq.
Günəş Mərd
tag: Yer, Günəş, Qasırğa ,Qütb, todaypress.az,