Yer kürəsini maqnit qasırğası bürüdü
Maraqlı
17.12.2024 14:17
Dekabrın 17-də Yeri maqnit qasırğası bürüyüb.
TodayPress xəbər verir ki, bunu "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus "Telegram" kanalında məlumat yayıb.
Mütəxəssis onu G1 sinfinə aid edib.
Fırtına Bakı vaxtı ilə saat 9:21-də başlayıb. G1 sinfi mülayim maqnit qasırğalarını təyin edir. Leusun sözlərinə görə, fırtına qısamüddətli olacaq. Onun yaranmasına səbəb günəş küləyinin sürətinin və sıxlığının artması olub.
Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko maqnit qasırğasından sağ çıxmağın necə asan olduğunu danışıb. Belə günlərdə o, kifayət qədər yatmağı, normal qidalanmağı, fiziki aktiv olmağı, həmçinin bədəninizi dinləməyi məsləhət görüb.
Töhfə Səməd
tag: Yer,Mixail Leus,Fırtına ,Maqnit,Qasırğa,todaypress.az,