Yer kürəsində maqnit qasırğası gözlənilir
Maraqlı
03.07.2024 09:00
İyulun 4-nə keçən gecə Yer kürəsində
"G1" sinfinə aid maqnit qasırğası baş verəcək.
TodayPress xəbər verir ki, bu
barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası
İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat verilib.
Alimlərin cədvəllərinə əsasən,
onun pik həddi cümə axşamı Bakı vaxtı ilə saat 02:00-da baş verəcək. Səhər saat
səkkizdə qasırğa səngiməyə başlayacaq və saat 14:00-da maqnitosfer sakitləşəcək.(oxu.az)
tag: Yer, Maqnit qasırğası, G1,Günəş ,todaypress.az,