Yer kürəsində maqnit qasırğası başladı
Yer kürəsində maqnit qasırğası başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzi məlumat yayıb.
Bildirilir ki, martın 21-də başlayan maqnit qasırğası zəifdən orta intensivliyə (G1-G2) çatır. Onun sürəti 500-600 km/s, normada isə 350-400 km/s təşkil edir.
Qeyd edək ki, geomaqnit qasırğası bu gün bitəcək.
Türkan İsgəndərli
tag: Günəş,Maqnit qasırğası,Külək,Hava,