Yer kürəsində günlər uzanıb
Son illərdə alimlər Yer kürəsində günlərin müddətinin artdığını müşahidə edirlər. Mütəxəssislər bunun planetin öz oxu ətrafında fırlanma sürətinin dəyişməsi ilə bağlı olduğunu bildiriblər.
TodayPress “Planet Today”ə istinadən xəbər verir ki, proses hələlik gün uzunluğunu cəmi bir neçə millisaniyə artırıb.
Lakin insanlar bunu zamanın axışındakı ciddi dəyişiklik kimi hiss edə bilərlər. Alimlər bu fenomenin əsas səbəbi kimi qlobal istiləşməni göstərirlər.
Nəşrin izahına görə, buzlaqların əriməsi nəticəsində su qütblərdən ekvatora doğru hərəkət edir. Bu proses planetin formasına təsir edərək onun qütb hissələrində cüzi yastılaşmaya səbəb olur və nəticədə Yer kürəsinin fırlanma sürəti azalır.
Son 20 ildə günlərin uzunluğu 1,33 millisaniyə artıb. Alimlərin proqnozlarına görə, bu rəqəm XXI əsrin sonuna qədər 2,62 millisaniyəyə çata bilər. Bu dəyişikliklər artıq kompüter sistemlərinə, o cümlədən GPS naviqasiyasına təsir edir. Bundan əlavə, onlar iqlim və geofiziki hadisələrə də müəyyən təsir göstərir.
Qiymət Mahir
tag: Yer kürəsi,Alimlər ,GPS,Mütəxəssislər,todaypress.az,