Yer kürəsi yaşamaq üçün yararsız olacaq - Tarix açıqlandı
Alimlərin araşdırmasına görə, 2500-cü ilə qədər Yer kürəsi insan yaşayışı üçün yararsız hala gələ bilər. Bunun əsas səbəbi isə hazırda kənd təsərrüfatı üçün istifadə olunan torpaqların istehsal və texnoloji fəaliyyət üçün yararsız hala düşməsidir.
TodayPress xəbər verir ki, proqnoz “Global Change Biology” jurnalında dərc edilən elmi tədqiqatda irəli sürülüb. Mütəxəssislərin fikrincə, münbit torpaqların əksəriyyətində əvvəllər əsasən səhralarda müşahidə olunan “istilik gərginliyi” yaşanmağa başlayır. Bununla belə, alimlər daha nikbin ssenari də təklif edirlər. Əgər insanlar qlobal istiləşməyə qarşı tədbirlər görsə, fəlakətli gələcəkdən qaçmaq mümkün ola bilər.
Hazırda ekstremal istilər əsasən səhra zonalarında, həmçinin Hindistan yarımadası və ABŞ-nin cənub-şərqində müəyyən dövrlərdə müşahidə olunur. Lakin qlobal istiləşməyə qarşı tədbir görülməsə, 2100-cü ildən etibarən isti dalğalar Aralıq dənizi regionu kimi mülayim iqlimli ərazilərə də təsir edəcək.
Alimlər xəbərdarlıq edirlər ki, insan fəaliyyəti prosesə təsir edə bilər və təcili tədbirlər görülməsə, dünya 2500-cü ilə qədər yaşanmaz hala düşə bilər.
Qiymət Mahir
tag: Yer kürəsi,Araşdırma,Xəbərdarlıq,Alimlər,todaypress.az,