Yer 11.000 il sonra yeni buz dövrünə daxil ola bilər
Beynəlxalq alimlər qrupu Yer kürəsində buz dövrlərinin yaranmasına təsir edən amilləri araşdırıb və növbəti buzlaşmanın təxminən 11.000 il sonra baş verə biləcəyini müəyyən edib.
TodayPress xəbər verir ki, “Science” jurnalında dərc olunan tədqiqatda bildirilib ki, buzlaqların geri çəkilməsi və buzlaşma dövrləri Yerin orbitindəki dəyişikliklərlə əlaqəlidir.
Alimlər Yer oxunun gedişi və əyilməsinin bu proseslərdə mühüm rol oynadığını müəyyən ediblər.
Tədqiqata görə, oxun gedişi buzlaqların əriməsinə təsir göstərir, əyilmə isə yeni buzlaşma dövrünün başlanğıcını müəyyənləşdirir.
Bundan əlavə, buz dövrlərinin sona çatmasının Yerin orbitinin ekssentrikliyinin azalması ilə üst-üstə düşdüyü aşkar edilib.
Alimlər qeyd ediblər ki, təbii amillər nəzərə alındıqda, Yer kürəsi 11.000 il ərzində yeni buz dövrünə daxil ola bilər. Lakin antropogen faktorlar, xüsusilə qlobal istiləşmə, bu proqnoza təsir edə bilər.
Nicat Osman
tag: Araşdırma,Yer,Alimlər,Buz,todaypress.az,