Yeni taxta sütunlar aşkar edildi

Maraqlı

27.02.2025 12:33

3029

Danimarkalı arxeoloqlar təxminən e.ə. 2000-ci ilə aid olan dairəvi taxta sütunlar aşkar ediblər. 

TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə Vesthimmerland şəhər muzeyindən Sidsel Ulin məlumat verib.   

Mütəxəssislər hesab edirlər ki, bu tapıntı Böyük Britaniyadakı məşhur Stounhenc ilə (İngiltərədə qədim abidə) sıx əlaqəli ola bilər. 

Bildirilib ki, şimal-qərbdəki Aars şəhərində tikinti işləri zamanı tapılan 45 taxta sütun neolit dövrünə aiddir və təxminən 30 metr diametrli bir dairə formasında düzülüb.

Sütunlar bir-birindən təqribən iki metr məsafədə yerləşir. 

Hazırda danimarkalı arxeoloqlar Aars ərazisində ikinci, daxili bir dairənin olub-olmadığını araşdırırlar. Həmçinin, qazıntı sahəsində rituallarla bağlı ola biləcək çaxmaqdaşı, ox ucluqları və xəncərlər kimi artefaktlar axtarılır. 

“Biz yeni qazıntı sahəsini açanda, gözlənilən ev və çəpər yerinə çox yaxşı planlaşdırılmış, yüngülcə oval formalı bir kompleksin giriş hissəsi ilə qarşılaşdıq” deyə Sidsel Ulin qeyd edib.   

Qiymət Mahir

tag: Danimarka,Skandinaviya Stounhenci,Aars,Sütu,Todaypress.az,