Yeni Papa onun adını seçdi: XIII Leo kim idi? - ARAŞDIRMA
Yeni seçilmiş Roma Papası, kardinal Robert Fransis Prevost “XIV Leo” adını qəbul etməklə mühüm simvolik addım atdı.
TodayPress xəbər verir ki, bu, 19-cu əsrdə yaşamış və müasir Katolik sosial təliminin banisi sayılan Papa XIII Leoya istinad kimi qiymətləndirilir.
XIII Leonun dövründə sənaye inqilabının yaratdığı sosial təbəqələşmə, yoxsulluq və işçi hüquqları kilsənin gündəminə çıxmışdı. Papa bu sənəddə şəxsi mülkiyyət hüququnu müdafiə etməklə yanaşı, işçilərin ədalətli əməkhaqqı, təhlükəsiz iş şəraiti, həmkarlar ittifaqı və hətta tətil hüququnu tanıyırdı. Əsas yenilik bu prinsiplərin birbaşa papalıq tərəfindən bəyan olunması idi.
Bununla yanaşı, XIII Leo “Amerikanizm” adlandırdığı və Katoliklərin dünyəvi cəmiyyətə uyğunlaşma meyillərinə qarşı çıxan “Testem Benevolentiae” sənədini də yazmışdı. Bu sənəd ABŞ katolikləri arasında mübahisələr doğurmuş, bəzi çevrələrdə kilsə təliminə fərdi yanaşmaların yayılmasını tənqid etmişdi.
İntellektual sahədə isə Papa XIII Leo Müqəddəs Tomas Akvinalının fəlsəfi irsinin yenidən dirçəlməsinə çalışmış, Roma şəhərində bu məqsədlə akademiya yaratmışdı. Onun bu təşəbbüsləri 20-ci əsrdə Katolik fəlsəfəsinin inkişafında mühüm rol oynayıb.
Papa XIII Leo 93 yaşında vəfat edərək papalığın tarixində ən uzunömürlü pontifiklərdən biri olub. Lakin onun əsl irsi Katolik Kilsəsinin sosial təlimini formalaşdıran və onu müasir cəmiyyətlə dialoqa açan bir lider kimi xatırlanır.
Yeni Papa XIV Leonun bu adı seçməsi də onun sosial ədalət mövzusuna davamlı diqqət göstərəcəyinin siqnalı kimi dəyərləndirilir.
Qiymət Mahir
tag: Roma Papası,Robert Fransis Prevost,XIV Leo,Papa XIII Leo,todaypress.az,