Yeni maşın: şarja ehtiyacı yoxdur

Maraqlı

09.11.2024 13:35

“Aptera Motors” tamamilə günəş enerjisi ilə işləyən və şarj üçün şəbəkəyə qoşulma tələb etməyən inqilabi elektrik avtomobilinin yaradıldığını elan edib.

TodayPress xəbər verir ki, PI2 adlanan bu avtomobil artıq ilkin sınaqlardan keçib.

“Aptera PI2” seçilmiş batareyalardan asılı olaraq 1600 kilometrə qədər yol qət edə bilir. Lazım gələrsə, elektrik avtomobil şəbəkəyə qoşula bilər. “Aptera” sadəcə “yaşıl” avtomobil deyil, o, 100 km/saat sürəti cəmi 4 saniyəyə yığmağa qadirdir.

“Aptera” artıq ilkin sifarişləri qəbul edir. Minimum konfiqurasiyada yeni məhsulun qiyməti 30 min 700 dollardan başlayır, ən bahalı model isə 51 min 500 dollara təklif olunur.

tag: Aptera Motors, PI2, Avtomobil, Maraqlı, Todaypress.az,