YENİ İXTİRA – Şit yeməyi duzlu edən qaşıq
Maraqlı
18.06.2024 15:35
Unikal texnologiyaları ilə tanınan yaponiyalı alimlər daha bir müasir cihazları ilə gündəmi zəbt ediblər. Budəfəki ixtira insan sağlamlığını qorumaq üçündür.
TodayPress xəbər verir ki, onlar şit yeməyə duzlu dad verən "ağıllı" qaşıqlar hazırlayıblar. Elm adamlarının sözlərinə görə, cihaz zəif elektrik cərəyanı ilə natrium ion molekullarını dildə cəmləşdirir və nəticədə yeməyin dadı dəyişir.
Həkimlərin fikrincə, belə bir cihaz tez-tez müxtəlif xəstəliklərə səbəb olan həddindən artıq duz istehlakı problemini həll etməyə kömək edə bilər.
tag: Ağıllı qaşıq, Yaponiya, İxtira, Texnologiya,Maraqlı, todaypress.az,