Yeni il yolkaları mikrofloranı yaxşılaşdırmaq üçün istifadə olunacaq
Maraqlı
06.01.2025 17:10
Finlandiya alimləri bayramlardan sonra Yeni il yolkalarının utilizasiyası üçün qeyri-adi və ekoloji cəhətdən təmiz üsul tapıblar.
TodayPress xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.
Onlar Yeni il yolkalarının suya batırılmasının su obyektlərində biomüxtəlifliyi yaxşılaşdırdığını aşkar ediblər.
Alimlər su ekosistemlərinə təsirini yoxlamaq üçün Lappeenranta şəhəri yaxınlığındakı Sayma gölündə 1500-ə yaxın yolka ağacını iki metr dərinliyə qədər suya batırıb.
Təcrübə göstərib ki, suya batırılmış küknar ağaclarının ətrafında mikrob və göbələk florası inkişaf edir ki, bu da balıq və digər orqanizmlər üçün qida mənbəyinə çevrilir.
Alimlər bildiriblər ki, Yeni il yolkaları təbii “karbon yuvası” rolunu oynayır, yüz illər boyu su altında qalır və atmosferdəki karbon qazının səviyyəsini azaltmağa kömək edir.
Təcrübə zamanı həm də yumurtlama şəraitinin yaxşılaşması səbəbindən balıqların populyasiyasında əhəmiyyətli artım aşkar edilib.
Fin alimlərinin metodu artıq Kanadadan olan tədqiqatçıları maraqlandırıb. Onlar bu təcrübədən su obyektlərinin vəziyyətini yaxşılaşdırmaq və ekosistemləri gücləndirmək üçün istifadə etmək imkanını nəzərdən keçirirlər.
Günəş Mərd
tag: Finlandiya, Yolka,Alim,Mikroflora, todaypress.az,