Yeni dinozavr növləri kəşf edildi
Maraqlı
22.11.2024 09:33
Çinin cənubunda yeni dinozavr qalıqları və onların yumurtaları aşkar edilib.
TodayPress xəbər verir ki, fosillərin müqayisəli tədqiqi paleontoloqlara onun unikal Ankilozavr növü olduğunu müəyyən etməyə imkan verib. Təxminən 72-84 milyon il yaşı olan bu dinozavr möhkəm dərisi, güclü əzələ, baş və quyruğu olan dördayaqlıdır. Onun uzunluğu təxminən 6, hündürlüyü isə 1,5 metrdir.
Arxeoloqların fikrincə, bu heyvan növü Son Təbaşir dövründə yaşayıb.
Tapıntı alimlərə ankilozavrların təkamül dövrünü, bölgədəki uyğunlaşma və növləşmə proseslərini daha yaxşı anlamağa və araşdırmağa imkan verəcək.
Nərmin Tuncay
tag: Çin, Dinozavr, Qalıqlar, Arxeoloqlar, Alimlər, todaypress.az,