Yatmazdan əvvəl yemək ciddi xəstəliklərə səbəb olur
Maraqlı
06.08.2024 12:50
Yatmazdan əvvəl qida qəbul etmək yemək borusunun zədələnməsinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
TodayPress xəbər verir ki, yemək mədədə iki-üç saat qalır. Daha sonra qida maye halında kiçik bağırsağa keçir və burada qida maddələri sorulur. Böyük miqdarda protein və yağ tərkibli qidalar isə gec həzm edilir.
Yatmazdan əvvəl yağlı və ağır yemək qəbul etdikdə, həzm yuxu zamanı baş verən mühüm proseslərə müdaxilə edir. Bu səbəbdən beyin funksiyası və immunitet pisləşə, hormon balansı pozula bilər. Bədən isə enerjini gün ərzində alınan məlumatları beyində emal etmək, stressi azaltmaq üçün istifadə etmək əvəzinə qidanı həzm etməyə sərf edəcək.
Bundan əlavə, gecələr tüpürcək fermentlərinin və mədə şirəsinin fəaliyyəti azalır. Bu, normal həzm və qida maddələrinin düzgün mənimsənilməsinə mane olur. Bu da şəkərli diabetə, ürək-damar xəstəliklərinə və mədə-bağırsaq problemlərinin yaranmasına səbəb ola bilər.
Həkimlər tövsiyyə edir ki, yatmazdan ən az 2-3 saat öncə artıq qida qəbulunu dayandırmaq lazımdır. Aclıq hissi çox güclüdürsə, tez həzm olunan yüngül proteinli qidalar qəbul etmək olar. Həmçinin gecələr sakitləşdirici bitki çayı içmək də tövsiyə olunur.
Töhfə Səməd
tag: Yatmaq, Yuxu, Aclıq,Həkimlər,Zərər, todaypress.az,