Yaşlılarda görmə zəifliyinin gizli səbəbi müəyyən edildi

Maraqlı

16.10.2024 18:00

Tədqiqatçılar müəyyən ediblər ki, erkən mərhələdə qlaukoma görmə sinirinə təsir edir. Bir çox insanlar bu təhlükəli xəstəliyin varlığından belə xəbərdar deyillər. 

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Acta Ophthalmologica” jurnalında dərc olunub.

Alimlər 70 yaşlı 560 könüllünün gözlərini müayinə ediblər və gözlənilməz nəticələr ortaya çıxıb. Subyektlərin demək olar ki, 5%-inin qlaukomadan əziyyət çəkdiyi məlum olub.  

Qlaukoma erkən mərhələlərdə heç bir simptom olmadan görmə qabiliyyətinə ciddi ziyan vurur. Bu xəstəlik gözdaxili təzyiqin artması, sonra tipik görmə qüsurlarının və optik sinir atrofiyasının inkişafı ilə xarakterizə olunur.   

Xəstəliyin erkən mərhələdə müəyyən edilməsi xəstələrin həyat keyfiyyətini kəskin şəkildə dəyişə bilər. Qlaukoma müalicəsində adətən göz içi təzyiqini azaltmaq və optik sinirin zədələnməsini yavaşlatmaq üçün göz damcılarından istifadə olunur.

Alimlər vurğulayıblar ki, genetik faktorlar qlaukoma riskinin qiymətləndirilməsində mühüm rol oynayır. Əgər yaxın qohumlarınızda qlaukoma xəstəliyi varsa, onun sizdə də baş vermə ehtimalı böyükdür.

Günəş Mərd

tag: Tədqiqatçılar,Alimlər,Qlaukoma ,Göz,Zəiflik,Yaşlı,todaypress.az,