Yaşlı insanlara arıqlamaqla bağlı XƏBƏRDARLIQ

Maraqlı

10.09.2024 10:17

Yaşlı insanlarda ani arıqlama qəfil ölüm riskini artırır. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, dietoloqlar yetkinlik dövründə ağır arıqlamanın təhlükələri barədə xəbərdarlıq ediblər. 

Yapon alimlərinin 60 yaşdan yuxarı insanlar arasında apardığı son araşdırmaya görə, bu  yaşda beş faiz və ya daha çox arıqlamaq yüksək ölüm riski daşıyır. 

Əsasən də bədən kütləsi indeksi aşağı olan xəstələrdə arıqlamaq vaxtından əvvəl ölüm riskini yüksəldir. 

Tədqiqatçılar qeyd olunan məsələ ilə balı yaşlı insanlara çağırış ediblər. Onları diqqətli olmağa səsləyiblər.

Günəş Mərd

tag: Arıqlamaq, Yaşlı İnsanlar, Çağırış, Tədqiqat,Ölüm ,todaypress.az,