Yaşıl alçanın bilmədiyiniz FAYDALARI

Maraqlı

10.08.2024 18:05

Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Qastrit, mədə xorası olanlara alçadan çox istifadə etməmək məsləhətdir.

TodayPress xəbər verir ki, A və K vitaminləri ilə zəngin olan alça qaraciyər, ürək, böyrək xəstəlikləri, revmatizm, həzm sistemindəki narahatlıq zamanı çox yaxşı təsir göstərir. Qədim zamanlardan bəri alça ən əhəmiyyətli tonuslandırıcı vasitə hesab edilir. Ondan hazırlanan lavaş müalicəvi əhəmiyyətə malikdir. 

Yetişmiş alça isə güclü öskürək və vərəm xəstəliyinin profilaktikası və müalicəsində mühüm əhəmiyyətə malikdir. Boğaz ağrıları zamanı da ondan istifadə etməyin faydası var.

Çox vaxt alçaya dad vermək üçün duzla yeyirlər. Lakin duzdan istifadə etməyin müəyyən zərərli təsirləri var, çünki bədəndə ödem yaradır və kökəlməyə səbəb olur.

Nərmin Tuncay

tag: Alça, Sağlamlıq, Zərərli, İstifadə Qaydası, Vitaminlər, todaypress.az,