Yaponların göz yaşlarını "yaraşıqlı kişilər" silir

Maraqlı

12.03.2025 18:58

2827

Yaponiyada stresslə mübarizə aparmaq üçün yeni üsul hazırlanıb.   

TodayPress xəbər verir ki, "İkemeso Danşi" adlanan üsul hərfi mənada “gözyaşı silən yaraşıqlı kişi” deməkdir. 

Həmin kişilər ofislərdə və ya xüsusi tədbirlərdə işçilərlə görüşür, onlarla dərdləşir və göz yaşlarını silir. Bundan ən çox qadınlar istifadə edir. Xidmət göstərən kişilər təkcə xarizmatik deyil, həm də yüksək empatik, anlayışlı və mərhəmətlidirlər. 

İdeyanı Yaponiyanın "Hiroki Tekai" şirkəti irəli sürüb. Bu maraqlı tendensiyanın əsasını mənəvi terapiya təşkil edir. Araşdırmalar göstərib ki, Yaponiyada bir çox insan öz kədərini ört-basdır edir.

Xidmətin məqsədi insanlara emosional dəstək olmaqdır.   

Türkan İsgəndərli

tag: Yaponiya,Göz yaşı,Yaraşıqlı,Kişi,Todaypress.az,