Yadplanetlilərin yaratdığı sirli tapıntı
Alimlər Kolumbiyanın Buqa şəhərində göydən düşən sirli metal kürənin yadplanetli mənşəli ola biləcəyini bildiriblər.
TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
2025-ci il martın əvvəlində Cənubi Amerika ölkəsində naməlum obyekt aşkar edilib.
Hadisə şahidlərinin sözlərinə görə, tapıntının çəkisi təxminən 2 kq olub və səthi kifayət qədər soyuq olub.
Alimlər xüsusi alətlər vasitəsilə kürəni də təhlil ediblər.
Onlar cismin üç qat metal kimi materialdan ibarət olduğunu müəyyən ediblər.
Həmçinin içərisində mərkəzi nüvəni əhatə edən 13 mikrosfer olub.
Tapıntının tam olaraq nədən ibarət olduğunu müəyyən etmək üçün daha ətraflı təhlil tələb olunur.
Bununla belə, skeptiklər qeyd edirlər ki, kürə ilə hekayənin bir çox nüansları var.
Birincisi, Buqa üzərində kürənin düşməsi ilə bağlı rəsmi məlumat yoxdur.
Bu barədə yalnız hadisə şahidləri məlumat verib.
İkincisi, internetdə qeyd olunur ki, sferanın zahiri elmi fantastikadakı klassik şəkillərə bənzəyir.
Ekspertlər sferanı öyrənməyə davam edirlər.
Buna görə də, tapıntının mümkün yad mənşəyi və ya müvafiq təkzib haqqında əlavə məlumat əldə etmək bir qədər vaxt aparacaq.
tag: Yadplanetli,Sirli,Tapıntı,Kolumbiya,Todaypress.az,